Teymur Rəcəbovdan heç-heçə

İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turniri davam edir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan şahmatçısı Teymur Rəcəbov yarışda ilk görüşünü keçirib. 35 yaşlı qrossmeyster 1-ci turda Fransanı təmsil edən Alireza Firuzca ilə qarşılaşıb. Ağ fiqurlarla oynayan Rəcəbov 71-ci gedişdə rəqibi ilə sülhə razılaşıb.

Qeyd edək ki, İddiaçılar Turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right