Azərbaycan yığması Türkiyə klubu üzərində qələbəyə sevindi

18 yaşadək basketbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatına hazırlıq məqsədi ilə Türkiyədə təlim-məşq toplanışındadır.

Newsport.az-ın məlumatına görə, U-18 İstanbul toplanışı çərçivəsində ilk yoxlama oyununu da keçirib.

Azərbaycan millisi Türkiyə Super Liqasında çıxış edən “Darruşafaka” klubunun U-18 komandasıyla qarşılaşıb. Basketbolçularımız parketdən 68-61 hesabı ilə qalib ayrılıb.

Komandamızın ən məhsuldar basketbolçusu 32 xalla Əli Həsənov seçilib. Səid İsmayılov isə oyunu 18 xal, 10 assist ilə tamamlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right