Şəhriyar Məmmədyarov bu gün "Norway Chess" turnirinin qalibi ola bilər

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Norveçin Stavanger şəhərində keçirilən "Norway Chess" turnirinin qalibi ola bilər.

Newsport.az-in məlumatına görə, 37 yaşlı qrossmeyster yarışın sonuncu - 9-cu günündə həmyerlisi Teymur Rəcəbovla ağ fiqurlarla oynayacaq.

Məmmədyarov hazırda 14,5 xalla ikinci pillədə qərarlaşıb. 6,5 xalı olan Rəcəbov 9-cu sıradadır.

15 xala malik norveçli dünya çempionu Maqnus Karlsen liderdir. 32 yaşlı iti zəka sahibi sonuncu görüşündə bolqarıstanlı Veselin Topalovla qara fiqurlarla mübarizə aparacaq.

Karlsen xal itirəcəyi, Məmmədyarov isə Rəcəbovu yenəcəyi təqdirdə, turnirin qalibi olacaq. Norveçli dünya çempionu uduzacağı halda isə azərbaycanlı qrossmeysterə heç-heçə də kifayət edəcək. 

Yarışda qələbəyə 3 xal, heç-heçəyə 1 xal verilir. Şahmatçı heç-heçədən sonra armageddonda qələbəyə nail olacaqsa, 1,5 xalı aktivinə yazdırır. Burada uduzan qrossmeyster 1 xalla kifayətlənir.

Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 Norveç kronu (451 000 manat) təşkil edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right