"Rəsul Çunayevin ürəyi Azərbaycanla döyünür"

"Son günlər haqqımda sosial şəbəkələrdə doğru və rəsmi olmayan xəbərlər paylaşılır. Xəbərin altında isə qeyd edilib ki, rəsmi məlumat deyil”.

Newsport.az-ın məlumatına görə, bu sözləri Yunan-roma güləşi üzrə Rio olimpiadasının mükafatçısı, dünya çempionu Rəsul Çunayev sosial şəbəkə hesabında paylaşdığı videomüraciətdə deyib.

Çunayev ölkəmizi tərk edəcəyilə bağlı yayılan xəbərlərə münasibət bildirib: "Mən heç yerə getməmişəm və getmək fikrim də yoxdur. Harasa gedəsi olsam da, yalnız Azərbaycanı yaxşı təmsil etmək üçün gedərəm. Rəsul Çunayevin ürəyi Azərbaycanla döyünür. Bunu hər zaman yadda saxlayın”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right