“Bahar Turniri”nin qalibi müəyyənləşdi

AFFA-nın dəstəyi, Azərbaycan Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitməqüsurlu əlillər arasında keçirilən futzal üzrə “Bahar Turniri” başa çatıb.

Newsport.az-ın məlumatına görə, “Azəri” komandası turnirin qalibi olub.

“Ümid” və “Zirvə” komandaları müvafiq olaraq 2-ci və 3-cü yerləri tutub.

“Ümid” komandasından Aslan Mehdiyev ən yaxşı oyunçu, Əliəkbər Əlizadə isə turnirin ən yaxşı qapıçısı seçilib. Turnirin ən məhsuldar futzalçısı 11 qol vuran “Azəri” komandasının üzvü Rabil Şahbazov olub.

Sonda komandalara medallar, diplomlar və kubok təqdim olunub. Mükafatları Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti Elşad İbrahimli, AƏFF-nin üzvləri Nəbi Nəbiyev və Akif Hacıyev təqdim edib.

Nəticələri nəzərinizə çatdırırıq:

26 may

“Bakı” – “Azəri” 2:4
“Zirvə” – “Şimşək” 4:1
“Azəri” – “Ümid” 5:4

27 may

“Zirvə” – “Bakı” 6:1
“Şimşək” – “Azəri” 2:6
“Ümid” – “Zirvə” 4:2
“Bakı” – “Şimşək” 1:1

28 may

“Ümid” – “Bakı” 8:2
“Azəri” – “Zirvə” 4:2
“Şimşək” – “Ümid” 1:9





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right