Şəhriyar Məmmədyarov ABŞ şahmatçısı ilə qarşılaşacaq

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Rumıniyanın paytaxtı Buxarestdə "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində növbəti görüşünü keçirəcək.

Newsport.az məlumatına görə, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın VIII turunda ABŞ təmsilçisi Lenyer Domingeslə üz-üzə gələcək. O, ağ fiqurlarla oynayacaq.

Məmmədyarov VII turda rusiyalı Yan Nepomnyaşiyə qalib gəlib. Daha əvvəlki qarşılaşmalarına gəlincə, o, I turda Uesli Soya (ABŞ), V turda Fabiano Karuanaya (ABŞ) uduzub, II, III, IV və VI turlarda müvafiq olaraq, Rixard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa), Boqdan Danyel-Dayakla (Rumıniya) və Alireza Firuzca (Fransa) ilə heç-heçə edib. Təcrübəli şahmatçı hazırda 2 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.

Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.

Qeyd edək ki, ötən il baş tutmuş "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right