Suqovuşanda Prezident kuboku

AZAD OLUNMUŞ TORPAQLARIMIZDA TƏŞKİL EDİLƏCƏK İLK BEYNƏLXALQ İDMAN YARIŞININ BİRİNCİ QONAQLARI AZƏRBAYCANA GƏLDİ

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilən avarçəkmə üzrə “Prezident kuboku-2022” reqatasının başlamasına 2 gün qalıb. Artıq iştirakçı ölkələrdən Özbəkistan komandası bu gün günorta saatlarında Bakıya gəlib. ​

Qonaqlar Heydər Əliyev adına hava limanında böyük coşqu ilə qarşılanıb. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının nümayəndələri Özbəkistan komandasını salamlayıb və onlara yarış haqqında məlumat verib. Daha sonra könüllülərdən ibarət qrup idmançılara xüsusi hədiyyələr təqdim edib. Qeyd edək ki, Özbəkistan “Prezident kuboku”nda 5 idmançı ilə mübarizə aparacaq.

Yarışlar  2 gün davam edəcək. Reqata mayın 6-sı Suqovuşanda start götürəcək. İlk gündə kayak və kanoe üzrə qaliblər müəyyənləşəcək. Mayın 7-si isə idmançılar Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman mərkəzində akademik avarçəkmə üzrə mübarizə aparacaq. “Prezident kuboku”na Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right