Azərbaycan millisi Avropa çempionatının ilk gününü medalsız başa vurdu Yenilənib

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatına start verilib.

Newsport.az-ın məlumatına görə, 3 gün davam edəcək yarışın ilk günündə Azərbaycan təmsilçilərindən altısı mübarizəyə qoşulub.

Kişilərin yarışında 60 kq-da mübarizə aparan Balabəy Ağayev Savva Karakizidi (Yunanıstan) və David Pulkrabeki (Çexiya) yensə də, 1/4 finalda Françisko Qarriqosa (İspaniya) məğlub olub. Ağayev təsəlliverici görüşdə Tornike Tsyakadoea (Niderland) ilə dueldən qalib ayrılıb. Balabəy üçüncü yer uğrunda qarşılaşmada belçikalı Jorre Verstraetenə məğlub olub. Bu üzdən idmançımız 5-ci yerlə kifayətlənib.

Eyni çəkidəki Əhməd Yusifov Riko Bernabeunu (İspaniya) mübarizədən kənarlaşdırsa da, 1/8 finalda Jorre Verstraetenə (Belçika) yenilib.

66 kq çəki dərəcəsində çıxış edən Yaşar Nəcəfov ardıcıl olaraq Radu İzvoryanu (Moldova), Orlando Kazorla (Fransa) və Denislav İvanova (Bolqarıstan) qalib gəlsə də, yarımfinalda Boqdan Yadova (Ukrayna) məğlub olub. Nəcəfov medal görüşündə Elios Mantsinin (İtaliya) müqavimətini qırmağa çalışıb. Təəssüf ki, Nəcəfov da bürünc medal uğrunda görüşdə italiyalı Elios Mantsiyə uduzub.

Eyni çəkidəki İbrahim Əliyev 1/16 final mərhələsinə təsadüf edən ilk görüşündə Tal Flikerə (İsrail) uduzub.

Qadınların yarışında 48 kq çəkidə yer alan Şəfəq Həmidova 1/8 finalda Xuliya Fiqeroaya (İspaniya), Ramilə Əliyeva isə Katarina Koştaya (Portuqaliya) uduzub.

Beləcə, Azərbaycan millisi 11 cüdoçu ilə təmsil olunduğu Avropa çempionatının ilk gününü medalsız başa vurub. Mayın 1-də başa çatacaq yarışda 40 ölkədən 361 idmançı (207 kişi, 154 qadın) mübarizə aparır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right