“İdmançıların qidalarının təşkilinə idman kompleksi cavabdehdir” Cüdo Federasiyası

“Göygöl Olimpiya İdman Kompleksində təlim məşq prosesi zamanı bəzi cüdoçular özlərini pis hiss etdiklərindən onlar müayinə üçün Göygöl rayon xəstəxanasına aparılıblar və onlara ilkin tibbi yardım gösətrilib. Daha sonra sonra idmançılar yenidən Göygöl Olimpiya İdman Kompleksinə qayıdıblar. Həmçinin, onlardan götürülmüş nümunələr test üçün laboratoriyaya göndərilib”.

Newsport.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının yaydığı açıqlamada bildirilib. 

Federasiya Göygöl Olimpiya Kompleksində gənc cüdoçuların zəhərlənməsi ilə bağlı xəbərə münasibət bildirib: “Hazırda idmançıların səhhəti yaxşıdır və sağlamlıqlarına heç bir təhlükə yoxdur. Yeniyetmə cüdoçularımız cari qrafik üzrə məşqlərini davam etdirilər.

Eyni zamanda qeyd etməliyik ki, Göygöl Olimpiya İdman Kompleksi ilə aramızda imzalanan müqaviləyə əsasən, idmançıların qidalanmasının qida təhlükəsizliyinə uyğun şəkildə həyata keçirilməsini qarşı tərəf təşkil edir.

İdmançılarımızın sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi Azərbaycan Cüdo Federasiyasının ən ümdə vəzifələrindəndir və biz bu məsələyə ən ciddi şəkildə yanaşırıq. Bununla əlaqədar olaraq, məsələnin tam araşdırılması və idmançıların özlərini pis hiss etmələrinin səbəblərinin müəyyən edilməsi üçün Federasiya dövlət orqanları ilə əməkdaşlıq edir.

Sözügedən məsələ ilə bağlı əlavə məlumatlar olduğu halda ictimaiyyəti məlumatlandıracağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right