Şəhriyar Məmmədyarov bu gün niderlandlı şahmatçı ilə üz-üzə gələcək

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının birinci mərhələsində bu gün növbəti görüşünü keçirəcək.

Newsport.az-in məlumatına görə, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın beşinci turunda niderlandlı Aniş Giri ilə üz-üzə gələcək.

Məmmədyarov ilk turda çinli Le Kuanq Lyeyə qalib gəlib, ardınca hindistanlı Rameşbabu Praqnanandhaya, kanadalı Erik Hansenə və polşalı Yan-Kşiştof Dudaya uduzub.

Məmmədyarov hazırda 4 xalla 8 şahmatçı arasında 7-ci pillədə qərarlaşıb. 5 xala malik Aniş Giri həmyerlisi Yorden van Forrestlə birlikdə 5-6-cı yerləri bölüşdürür.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right