Mayk Tayson təyyarədə sərnişini döydü

Superağır çəkidə keçmiş mütləq dünya çempionu Mayk Tayson təyyarədə sərnişini döyüb.

 

Newsport.az xəbər verir ki, 55 yaşlı idmançı San-Fransiskodan Floridaya uçduğu vaxt arxa oturacaqdakı sərxoş şəxs dəfələrlə ona söz atıb. Tayson həmin şəxsə bir neçə dəfə xəbərdarlıq etsə də, o məhəl qoymayıb. Özündən çıxan boksçu sərnişinin üzünə yumruq zərbələri endirib.

 

Zərərçəkən sərnişinə tibbi yardım göstərilib. Tayson isə təyyarəni tərk edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right