AMADA "Qəhrəmanların və dahilərin izi ilə təmiz qələbələrə doğru" adlı tədbir keçirdi

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) aprelin 18-də "Qəhrəmanların və dahilərin izi ilə təmiz qələbələrə doğru" adlı tədbir keçirib. İdmanda ədalət prinsipinin qorunması və təbliğinə həsr olunmuş tədbirdə məşhur idmançılar və idman mətbuatının nümayəndələri iştirak edib.  

Çıxış edən AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib ki, Azərbaycan dövləti hər bir sahədə olduğu kimi, idmanda da ədalət prinsipinə sadiqdir və onu qorumağa çalışır. Azərbaycan hər zaman ədalətin yanındadır və ədalətli bərqərar edir. 44 günlük Vətən müharibəsi bunun ən bariz nümunəsidir. AMADA-nın direktoru deyib ki, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev idmanda da ədalətli yarışmaq və ölkəmizi ləyaqətlə təmsil etməyin böyük əhəmiyyət verir. Dövlət başçısının güləşçilərlə görüşdə  səsləndirdiyi fikirlər bunu bir daha təsdiq edir. 

Şəfəq Hüseynli deyib ki, məhz Dövlət başçısının fikirlərini rəhbər tutaraq AMADA idmanda ədalət prinsipinin daha geniş şəkildə təbliğ etmək üçün  müəyyən tədbirlər həyata keçirir. 2022-ci ilin Şuşa ili elan olunduğunu da nəzərə alaraq  bu şəhərdə “Qəhrəmanların və dahilərin izi ilə təmiz qələbələrə doğru” adlı bir layihə reallaşdırılıb. Həmin layihə əsasında isə eyni adlı videoçarx hazırlanıb. Tədbirdə videoçarxın təqdimatı da olub.

Ş, Hüseynli Şuşa səfərinin baş tutması və yaradılan şəraitə görə dövlətimizə xüsusi ilə də, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və orada  fəaliyyət göstərən hüquq mühafizə orqanlarının əməkdaşlarına minnətdarlığını bildirib.

Daha sonra isə ədalətli idmanın və təmiz idman dəyərlərinin qorunmasında idmançıların və medianın rolu mövzusunda müzakirələr aparılıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right