Azərbaycan yığması Gürcüstan klubuna məğlub oldu

Basketbol üzrə Azərbaycan millisi Türkiyə toplanışını başa vuraraq Gürcüstana yollanıb.

Newsport.az-ın məlumatına görə, komandamız hazırda Gürcüstanda təlim-məşq toplanışındadır.

Azərbaycan basketbolçuları Tiflisdəki hazırlıq çərçivəsində ilk sınaq matçına da çıxıb. Millimiz Gürcüstan Super Liqasında mübarizə aparan “Rustavi 1991” komandası ilə üz-üzə gəlib. Komandamız bu oyunda 74:79 hesabı ilə məğlub olub.

Komandamızın ən məhsuldar basketbolçusu 29 xalla Endar Poladxanlı seçilib. Əkbər Məmmədov qarşılaşmanı 24 xal – 10 ribaund, Zaur Paşayev isə 11 xal – 11 assistlə tamamlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right