Ləman Hacıyeva Azərbaycan çempionatına vəsiqə qazandı

Qadın şahmatçılar arasında Azərbaycan Çempionatının seçmə turniri başa çatıb. Newsport.az xəbər verir ki, Xatun Bağırova 5,5 xalla 2-ci, Lalə Hüseynova isə 5 xalla 3-cü yerin sahibi olub.
 
7 turdan 6 xal toplayan Ləman Hacıyeva seçmə turnirin qalibi olub və böyüklərin Azərbaycan çempionatında iştirak hüququ qazanıb.
 
Qeyd edək ki, İsveçrə sistemi üzrə 7 turdan ibarət keçirilən yarışda birincilik uğurunda 20 şahmatçı mübarizə aparırdı.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right