Eldəniz Əzizlidən qızıl medal

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir. 

Newsport.az-ın məlumatına görə, bu gün Azərbaycanın 5 yunan-Roma güləşçisi medal görüşünə çıxacaq.

Eldəniz Əzizli (55 kq) finalda gürcüstanlı Nuqzari Tsurtsumiaya 8:2 hesabı ilə qalib gələrək karyerasında ikinci dəfə Avropa çempionu olub.

 Taleh Məmmədov (63 kq) isə digər gürcüstan təmsilçisi  Leri Abduladze ilə üz-üzə gələcək. Sənan Süleymanov (77 kq) təsəlliverici görüşdə Mantas Kazimieras Sinkeviçius (Litva) - Denis Horvat (Slovakiya) cütünün qalibi ilə, İslam Abbasov (87 kq) bürünc medal qarşılaşmasında Metehan Başar (Türkiyə) - Yohan Danielov Dimitrov (Bolqarıstan) görüşünün qalibi, Beka Kandelaki isə Alin Aleksuk-Çurariu - Dariuş Attila Vitek (Macarıstan) cütünün güclüsü ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right