Manolova finalda, Nəsirova və Kolesnik medalsız qaldı

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir. 

Newsport.az xəbər verir ki, bu gün Azərbaycanın sonuncu qadın güləşçisi yarışda mübarizəyə qoşulub.

B qrupunda yarışan Elis Manolova (65 kq) ilk görüşündə Avropa ikincisi Tatyana Rijkoya (Ukrayna) məğlub olub - 0:7. Elis qrupda sonuncu görüşünü estoniyalı Viktoriya Essoya qarşı keçirib və rəqibinə 6:3 hesabıyla qalib gəlib. Qrupda ikinci yeri tutan Manolova yarımfinala yüksəlib. Millimizin üzvü 2019-cu ildə Avropa çempionatının finalında məğlub etdiyi Krişta İnçe (Rumıniya) ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gələrək finala çıxıb. O, finalda ukraynalı Tatyana Rıjko ilə üz-üzə gələcək.

Həmçinin bürünc medal uğrunda görüşlərdə Türkan Nəsirova (50 kq)  Anna Lukasyaka (Polşa) 4:6,  Alyona Kolesnik isə Elene Hayke Bruggerə (Almaniya) 0:9 hesablı uduzaraq medalsız qalıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right