Abakarov finalda uduzdu, Bayramov və Nurməhəmmədov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir.

Newsport.az-ın məlumatına görə, 86 kq. çəkidə yarışan dağıstanlı milliləşdirilmiş idmançımız Abubakr Abakarov bu gün final görüşünə çıxıb. O, həlledici görüşdə San Marino təmsilçisi Miles Nazim Aminlə mübarizə aparıb. İdmançımız 5:9 hesabı ilə uduzaraq, ikinci yeri tutub.

Turan Bayramov (74 kq.) bürünc medal görüşünə çıxıb. Rumıniya təmsilçisi Zurab Kaprayevlə üz-üzə gəlib. Rəqibini 2:1 hesabı ilə məğlub edən Bayramov Avropa üçüncülüyünü qazanıb. 

Osman Nurməhəmmədov (92 kq.) isə bürünc medal uğrunda yarışda ispaniyalı Damian İqlesias Vilela ilə qarşılaşıb. Rəqibini cəmi 1 dəqiqə 30 saniyəyə tam üstünlüklə (11:0) məğlub edən Nurməhəmmədov Avropa üçüncüsü olub.

Xatırladaq ki, dünən sərbəst güləşçilərimiz Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Əşrəf Aşırov (79 kq) gümüş medal qazanıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right