Daha 5 idmançımız mübarizəyə qoşulur

Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan güləş üzrə Avropa çempionatı davam edir. Newsport.az xəbər verir ki, bu gün Azərbaycanın daha 5 təmsilçisi mübarizəyə qoşulacaq. Bundan əlavə, dünən uğurlu çıxış edən 5 güləşçimizdən dördü qızıl, biri isə bürünc medal uğrunda qüvvəsini sınayacaq.  

61 kq
İslam Bazarqanov ilk görüşdə almaniyalı Viktor Lizenlə üz-üzə gələcək.

74 kq
Turan Bayramov 1/8 finalda bolqarıstanlı Ali Umarpaşayevlə gücünü sınayacaq.

86 kq
Abubakr Abakarov 1/8 finalda moldovalı Denis Balaurla qarşılaşacaq.

92 kq
Osman Nurmaqomedov yarışa 1/4 finaldan start verəcək. Onun ilk rəqibi ya Simyone Yannattoni (İtaliya), ya da Radoslav Marçinkieviç (Polşa) olacaq.

125 kq
Aydın Əhmədov debütdə alban Paris Karepi ilə qarşılaşacaq.

Final
57 kq
Əliabbas Rzazadə həlledici görüşdə Vladimir Yeqorovla (Şimali Makedoniya) qarşılaşacaq.

65 kq
Hacı Əliyevin qızıl medal uğrunda görüşdə rəqibi İsmayıl Musikayev (Macarıstan) olacaq.

79 kq
Əşrəf Aşırov Avropa çempionu olmaq üçün yunanıstanlı Georgios Kuqiumtsidisə qalib gəlməlidir. 

97 kq
Məhəmmədxan Məhəmmədov finalda Macarıstan təmsilçisi Vladislav Baytsayevlə üz-üzə gələcək.

Üçüncü yer uğrunda
70 kq
Zirəddin Bayramov bürünc medal uğrunda Mark Ditşe (İsveçrə) - Ramazan Ramazanov (Bolqarıstan) görüşünün qalibi ilə mübarizə aparacaq. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right