Azərbaycan karateçiləri Qran-pridə 3 medal qazanıb

Karate üzrə 21 yaşadək qadınlardan və böyüklərdən ibarət Azərbaycan millisinin 3 üzvü Slovakiyanın paytaxtı Bratislavadaki 42-ci Qran-pridə bürünc medal qazanıb.

Federasiyanın Mətbuat Xidmətindən Newsport.az-a verilən məlumata görə, Xumar Əlibəyova (50 kq) 21 yaşadək qadınlarda və böyüklər arasında, İlahə Qasımova (55 kq) isə böyüklərin yarışında bürünc medala sahib olub.

Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı İrina Zaretska (68 kq) bürünc medal görüşündə qələbəni əldən verib.

Qeyd edək ki, Azərbaycan komandası yarışda 10 idmançı ilə təmsil olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right