Bu gün 5 güləşçimiz Avropa çempionatında yarışa başlayacaq

Bu gün Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı start götürəcək.

Newsport.az xəbər verir ki, ilk gündə 5 sərbəst güləşçimiz mübarizəyə başlayacaq. 

Belə ki, 57 kq-da Əliabbas Rzazadə ispaniyalı Levan Metreveli ilə qarşılaşacaq. 

3 qat dünya və 3 qat Avropa çempionumuz Hacı Əliyev 1/4 finaldan mübarizəyə start verəcək. Onun rəqibi Munir Aktaş (Türkiyə) və Kuentin Stiker (Fransa) görüşündə müəyyənləşəcək. 

70 kq-da Zirəddin Bayramov  1/8 finalda yerli idmançı Daniel Antalla mübarizədən qalib ayrılmağa çalışacaq. 

79 kq çəkidə Əşrəf Aşırov ilk mərhələdə bolqar Miroslav Kirovu sınağa çəkəcək.

97 kq-da Məhəmmədxan Məhəmmədov litvalı Lukas Krasauskasdan üstün olmağa çalışacaq. 

Məhəmmədxan Məhəmmədov (97 kq) isə təsnifat mərhələsində litvalı Lukas Krasauskasa qalib gəlməyə çalışacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 3-də başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right