Azərbaycan karateçisindən qran-pridə bürünc medal

Azərbaycan karateçisi Asiman Qurbanlı Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən qran-pri turnirində medal qazanıb.

Newsport.az-ın məlumatına görə, 30 yaşlı idmançı turnirin “Top Ten” yarışında bürünc medal qazanıb.

Qran-pri turnirində Asiman Qurbanlıdan başqa, mükafatlar uğrunda Emil Pavlov və Petar Zaborski (hər ikisi Şimali Makedoniya), Nikola Maloviç (Monteneqro), Gabor Harspataki və Tadissi Matial (hər ikisi Macarıstan), Rijad Dzuho (Bosniya və Herseqovina), Miçele Martina (İtaliya), Erman Eltemur (Türkiyə), Ancelo Kvesiç və Enes Qariboviç (hər ikisi Xorvatiya), həmçinin Boqdan Trikoş (Serbiya) iştirak ediblər.

İdmançılar mütləq çəki dərəcəsində mübarizə aparıblar. Dairəvi sistem üzrə təşkil edilən turnirin mükafatçıları toplanılan ballar əsasında təyin edilib.

Turnirin qalibi iki min avro pul mükafatına layiq görülüb. İkinci yeri tutan idmançı min avro, üçüncü pilləyə çıxanların hər birinə isə beş yüz avro pul mükafatı verilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right