AÇ: Elnurə gümüş, Nigar bürünc medal qazandı

Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.

Newsport.az-in məlumatına görə, üçüncü yarış günündə qadınlardan ibarət millimizin 3 üzvü mübarizəyə qoşulub.

Şəhanə Nəzərova (50 kq) 1/4 finalda Şimali Makedoniya təmsilçisi Mariya Spirkovskaya elə ilk hissədə tam üstünlüklə qalib gəlib – 13:2. Həmyerlimiz yarımfinalda macar Şimonetta Şekerlə qarşılaşıb və məğlubiyyətdən qaça bilməyib – 0:8. Nəzərova bürünc medal üçün almaniyalı Liza Ersellə güləşib. Görüş dramatik alınıb. Xala-xal prinsipiylə keçən qarşılaşmanın sonlarında təşəbbüsü əldən verən Şəhanə rəqibinə 8:9 hesabıyla məğlub olaraq, 5-ci yerlə kifayətlənib.

Elnurə Məmmədova (55 kq) 1/4 finalda slovakiyalı Mariya Martinçuku məğlub etməkdə çətinlik çəkməyib – 10:3. Güləşçimiz yarımfinalda moldovalı Mixaela Samoilə də heç bir şans tanımayıb – 11:4. Beləliklə, finala yüksələn Məmmədova rumıniyalı Andrea Beatriçe Ana ilə həlledici qarşılaşmaya çıxıb. Bu görüşdə güclü rəqibiylə bacarmayan Elnurə gümüş medalı boynundan asıb.

Nigar Mirzəzadə (68 kq) 1/4 finalda slovakiyalı Olqa Maslovskanı üstələyib – 4:1. Millimizin üzvü yarımfinalda 23 yaşadək güləşçilər arasında dünya üçüncüsü olmuş Aslı Demirlə üz-üzə gəlib. Türkiyə güləşçisi bu mübarizədən qalib ayrılıb – 6:0. Nigar bürünc medal uğrunda qarşılaşmada ispan Marta Navarroyla güləşib və rəqibini 6:3 hesabıyla məğlub edərək Avropa çempionatının bürünc medalına sahib çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right