İdmançımız zədələndiyi üçün yarışa qoşula bilmədi

Azərbaycan idmançısı Mehman Ramazanzadə Çinin paytaxtı Pekində keçirilən Qış Paralimpiya Oyunlarında çıxış etməyib.

Newsport.az Milli Paralimpiya Komitəsininin mətbuat xidmətinə istinadən xəbər verir ki, buna onun bu gün yarış öncəsi son məşqində aldığı ağır zədələnməsi səbəb olub. İdmançıya lazım olan yardım göstərildiyi vurğulanıb. M.Ramazanzadənin hazırda özünü yaxşı hiss etdiyi bildirilib.

Qış idman növləri üzrə yığmanın üzvü kross-kantri növünün sprint kateqoriyasında qüvvəsini sınamalı idi.

Qeyd edək ki, Mehman Ramazanzadə Pekin-2008 Yay Paralimpiya Oyunlarının da iştirakçısı olub.

Xatırladaq ki, Pekin-2022 Qış Paralimpiya Oyunlarına martın 13-də yekun vurulacaq. Azərbaycan yarışda bir paralimpiyaçı ilə təmsil olunmalı idi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right