ABŞ da Rusiya ilə oyunlardan imtina etdi

ABŞ komandaları heç bir beynəlxalq turnirdə Rusiya təmsilçiləri ilə mübarizə aparmayacaq. 

Newsport.az xəbər verir ki, bu barədə ABŞ Futbol Federasiyası məlumat yayıb. Rusiyanın Ukrayna ilə müharibəyə başlamasından sonra heç bir beynəlxalq yarışda bu ölkənin təmsilçilərinə qarşı mübarizə aparmayacaqları bildirilib: 

"ABŞ Futbol Federasiyası Ukrayna xalqı ilə birlikdədir. Biz Rusiyanın iyrənc və qeyri-insani işğalını pisləyirik. Azadlıq və sülh bərpa olunana qədər şərtlərdən asılı olmayaraq, Rusiya ilə eyni turnirdə mübarizə aparmayacağıq. Ukraynanı müdafiə etməyə davam edəcəyik. Özümüzün və sizin şərəfinizi ləkələməyəcəyik”. 

Qeyd edək ki, daha əvvəl FİFA və UEFA Rusiya millilərinin və klublarının beynəlxalq yarışlardan məhrum ediləcəyini açıqlamışdı. 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right