Rusiyalı idmançı "müharibəyə yox" dedi

Rusiyalı tennisçi Andrey Rublyov ölkəsinin Ukraynaya hərbi müdaxiləsinə etirazını bildirib.

Newsport.az-ın məlumatına görə, 24 yaşlı idmançı Dubayda baş tutan turnirdə polşalı Hubert Hurkaçı 3:6, 7:5, 7:6-lıq setlərlə 2:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Tennisçi onu çəkən kameranın şüşəsinə "müharibəyə yox" şüarını yazıb.

Qeyd edək ki, daha əvvəl Rusiya millisinin və "Lokomotivin" futbolçusu Fyodor Smolov və Türkiyənnin "Antalyaspor" klubunda çıxış edən Fyodor Kudryaşov da sosial şəbəkə hesablarında müharibəyə etirazlarını bildirmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right