Millimiz Bakıda təlim-məşq toplanışı keçir

Azərbaycanın güləş üzrə milli komandaları 2022-ci ilin ilk günlərindən məşqləri bərpa edib.

 

Newsport.az xəbər verir ki, sərbəst güləş üzrə yığmamız yanvarın 15-dək Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı keçəcək.

 

Hazırlıq prosesinin əsas məqsədi fiziki hazırlığı yüksəltməkdir. Bu üzdən məşqçilər korpusu əsasən fitnes çalışmalarına üstünlük verir. Həftənin 4 günü gündə iki məşq baş tutursa, çərşənbə və şənbə günləri 1 məşq keçirilir. Həmin günlər keçirilən məşqlər açıq havada (əsasən stadionda) reallaşır. Toplanış baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında davam edir.

 

Digər iki millimiz isə bir neçə gündən sonra ölkə xaricinə yollanacaq. Yunan-Roma güləşi üzrə yığmamız yanvarın 10-dan 27-dək Gürcüstan millisi ilə birgə Tidlisdə təlim-məşq toplanışı keçəcək. Qadınlarımız isə yanvarın 12-dən 25-dək Rusiya yığması ilə birgə Krasnoyarskda qarşıdakı yarışlara hazırlaşacaq. Komandamız toplanış başa çatdıqdan sonra 2022-ci ildə ilk turnirində iştirak edəcək. Belə ki, təmsilçilərimiz yanvarın 26-dan 30-dək Krasnoyarskda keçiriləcək İvan Yarıgin qran-prisində mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right