Azərbaycan karateçiləri ili 319 medalla başa vurublar

2021-ci ildə 14 rəsmi və bir sıra digər beynəlxalq yarışlarda iştirak edən Azərbaycan karateçiləri 319 medal qazanıblar.

Azərbaycan Milli Karate Federasiyasından (AMKF) Newsport.az-a verilən məlumata görə, medallardan 89-u qızıl, 118-i gümüş, 112-si bürünc əyarlıdır.

- Yeniyetmələr və Gənclər arasında Avropa çempionatında – 3 qızıl, 1 qümüş, 3 bürünc;

- Gənclərin Premyer Liqa turnirlərində – 7 qızıl, 5 qümüş, 3 bürünc;

- Dünya kubokunda – 1 qızıl, 3 qümüş, 2 bürünc; Para Karate – 1 qızıl;

- “I MDB Oyunları”nda (U21) – 1 qızıl, 3 qümüş, 5 bürünc;

- Beynəlxalq məktəb idman oyunları (U15) – 1 qızıl, 3 qümüş, 3 bürünc;

- XXXII Yay Olimpiya Oyunlarıda – 2 qümüş;

- Karate1 Premyer Liqa turnirlərində – 2 qümüş, 7 bürünc;

- Avropa çempionatında – 1 qızıl, 1 qümüş, 1 bürünc; Para Karate – 1 qızıl, 2 bürünc;

- Dünya çempionatında – 1 qızıl, 1 bürünc, Para Karate – 2 bürünc;

- WSF-nin 11-ci Dünya Şotokan çempionatında – 15 qızıl, 9 qümüş, 12 bürünc;

- Digər beynəlxalq yarışlarda – 16 qızıl, 12 qümüş, 12 bürünc medal əldə olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right