Teqbol üzrə ilk Azərbaycan Kuboku start götürür Püşkatma+Foto

Dekabrın 21-də teqbol üzrə ilk Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib. Bakıda "Piano" oteldə baş tutan tədbirdə yeni yaradılan Azərbaycan Teqbol Federasiyasının rəsmiləri əvvəlcə yarış iştirakçılarını bu oyunun qaydaları ilə tanış edib.
 
Federasiyadan Newsport.az-a verilən məlumata görə, teqbol idman növünün nədən ibarət olduğunu, necə oynanıldığını göstərən videorolikin nümayişindən sonra püşkatma mərasiminə start verilib. 
 
Püşkatmanın nəticəsinə əsasən A qrupunda “Gənclərbirliyi 1”, “Sabirabad”, “Xilə”, B qrupunda “Gənclərbirliyi 2”, “Marafon”, “Bakı”, C qrupunda “Gənclərbirliyi 3”, “Meqa”, “Adaş”, D qrupunda “Keşlə”, “MOİK”, “Qarabağ” komandaları mübarizə aparacaqlar. Hər qrupda ilk sıranı tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar. Turnirin 1/4 finalında müvafiq olaraq A qrupunu lider kimi başa vuran kollektiv B qrupunun ikincisi, B qrupunun lideri isə A qrupunun ikincisi ilə üzə-üzə gələcək. Eyni qayda C və D qruplarındada tətbiq ediləcək. 
Qeyd edək ki, Azərbaycan kuboku yarışı dekabrın 22-23-də “Marafon” idman klubunda keçiriləcək.
 
Turnirin qalibinə və yarımfinala vəsiqə qazanan bütün komanlara pul mükafatları, kubok, medal və diplomlar təqdim ediləcək. Yarışın bütün iştirakçıları sertifikatla təmin olunacaqlar.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right