Azərbaycan idmançıları Moskvada 6 qızıl medal qazandılar

Rusiyanın paytaxtı Moskvada keçirilmiş pauerliftinq üzrə dünya çempionatında Hafiz Verdiyev (100 kq), Namiq Mehdiyev (90 kq), Raif Süleymanov (90 kq, veteranlar) və Nicat Xosrovzadə (125 kq) deadlift növündə dünya çempionu olublar.

Newsport.az-ın məlumatına görə, Roman Əhmədov (82,5 kq) ikinci, Aydın Hümbətov (125 kq) isə üçüncü yeri tutublar.

Pauerliftinq növündə Ramil Əhmədov (100 kq) və Rövşən Xəlilov (75 kq) qızıl medal qazanıblar. Əhmədov dördüncü, Xəlilov isə beşinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Xəlilov həm də peşəkar divizionda (ProDivision) çempion və dünya rekordunu qıran ilk azərbaycanlı idmançı olub.

Bu növdə həmçinin Hüseyn Hüseynov (52 kq), Ramin Süleymanzadə (60 kq), Fərdi Qurbanov (82,5 kq), Məhəmməd Hüseynov (90 kq), Elvin Müzəffərov (67,5 kq), Nihat Quliyev (100 kq) qızıl, Kamran Lazımov (82,5 kq) isə gümüş medala sahib çıxıblar.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right