Tomas Bax: "Olimpiadada siyasətçilərin yox, idmançıların iştirakı məsələsindən narahatıq"

Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax bir neçə ölkənin Pekin-2022 Qış Olimpiya Oyunlarını diplomatik boykot etməsinə münasibət bildirib.

Newsport.az TASS-a istinadən xəbər verir ki, 68 yaşlı funksioner IOC-un siyasi neytrallığa riayət etdiyini söyləyib.

Baxın sözlərinə görə, olimpiadada ölkələrin rəsmi nümayəndələrinin iştirakı onların siyasi qərarıdır: "IOC həmişə idmançıların Olimpiya Oyunlarında iştirakı məsələsindən narahatdır. Ona görə də olimpiya komandalarının öz ölkələrindən aldıqları dəstəyi alqışlayırıq. Bu, idmançılara inam verir".

Qeyd edək ki, Qış Olimpiya Oyunları gələn il 4 - 20 fevralda keçiriləcək. Böyük Britaniya, Kanada, ABŞ və Avstraliya kimi ölkələr olimpiada ilə bağlı diplomatik boykot elan edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right