Pekin-2022: İdmançılar koronavirusa görə diskvalifikasiya edilməyəcək

Pekin-2022 Qış Olimpiya Oyunlarında koronavirus aşkarlanmış idmançılar diskvalifikasiya olunmayacaq.

Newsport.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) İcraiyyə Komitəsi qərar çıxarıb.

IOC həmin şəxslərin nəticələrdən məhrum edilməyəcəyini də açıqlayıb. Hansısa idmançı finala yüksəlsə və koronavirus səbəbindən yarışa çıxa bilməsə, avtomatik olaraq gümüş medal alacaq.

Eyni qayda Tokio-2020 Yay Olimpiya Oyunlarında da tətbiq edilib.

Qeyd edək ki, Qış Olimpiya Oyunları gələn il 4 - 20 fevralda keçiriləcək. Azərbaycanın fiqurlu konkisürənləri Yekaterina Ryabova Vladimir Litvintsevlə birgə qış olimpiadasına lisenziya qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right