Daha bir ölkə diplomatik boykot elan edib

ABŞ-dan sonra Avstraliya da Pekin-2022 Qış Olimpiya Oyunları ilə bağlı diplomatik boykot elan edib.

Newsport.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Skott Morrison açıqlamasında bildirib.

Qərar Avstraliyanın Çinlə diplomatik kanalları yenidən açmaq cəhdlərindən sonra verilib. Siyasətçinin sözlərinə görə, Pekin Kanberranın verdiyi bir sıra suallara, o cümlədən, insan haqlarının pozulması ilə bağlı iddialara cavab verməyib.

Avstraliya Olimpiya Komitəsi boykotun idmançıların olimpiadaya hazırlığına təsir etməyəcəyini açıqlayıb.

Qeyd edək ki, Qış Olimpiya Oyunları gələn il 4 - 20 fevralda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right