İki güləşçimiz finalda

Azərbaycanın iki yunan-Roma güləşçisi Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.

 

Newsport.az xəbər verir ki, 82 kq-da yarışan Rafiq Hüseynov  finala vəsiqə uğrunda rusiyalı Adlan Akiyevlə üz-üzə gəlib.

 

Qarşılaşmadan 2:0 hesabı ilə qalib ayrılan Tokio olimpiadasının bürünc medalçısı həlledici raunda yüksəlib. Hüseynov finalda türkiyəli Burhan Akbudakla qüvvəsini sınayacaq.

 

77 kq-da mübarizə aparan Sənan Süleymanov isə yarımfinalda belaruslu Timur Berdıyevə 5:4 hesabı ilə qalib gəlib. Onun həlledici qarşılaşmadakı rəqibi Rusiya təmsilçisi Roman Vlasov olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right