Güləşçimiz dünya çempionatında yarımfinala yüksəldi

Norveçin payaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.

Newsport.az-ın məlumatına görə, üçüncü yarış günündə 70 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.

Turan Bayramov 1/8 finalda dünya ikincisi Adam Batırovla qarşılaşıb. Təcrübəli Bəhreyn təmsilçisiylə gərgin mübarizə şəraitində keçən görüşdə həmyerlimiz əzmkar qələbə qazanıb. 1/4 finaldakı rəqib də dünya ikincisi olub. Amerikalı Ceyms Qrinlə qarşılaşma da dramatik məcrada keçib. Yekunda qələbəni minimal fərqlə əldə edən Bayramov dünya çempionatının yarımfinalına yüksəlib.

Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-də başlayacaq. 

 

İslam İlyasov debütdə Belarus idmançısına minimal fərqlə uduzub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right