Süleyman Məmmədov vəfat etdi

Azərbaycan taekvondosuna ağır itki üz verib.

Newsport.az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının (ATF) ilk prezidenti Süleyman Məmmədov vəfat edib.

Ölkədə taekvondonun təşəkkül tapmasında böyük xidmətləri olmuş Məmmədov 73 yaşında dünyasını dəyişib.

O, ATF-ə 2002-ci ilədək rəhbərlik edib. Mərhum həmçinin Azərbaycan Hapkido Federasiyasının, Dünya Turan Do, Dünya Universal Döyüş sənətləri, Yaşlıların Dünya Döyüş sənətləri Assosiasiyalarının, həmçinin Dünya Döyüş sənətləri Assosiasiyası Qlobal Konfederasiyasının prezidenti və yaradıcısı olub.

Allah rəhmət eləsin!





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right