Avropa çempionu olmuş millimizin dünya çempionatı üçün heyəti açıqlandı

Azərbaycanın yunan-Roma güləşi üzrə millisinin Macarıstanın paytaxtı Budapeştdə keçirilən yeniyetmələrin dünya çempionatı üçün heyəti açıqlanıb.

Federasiyadan Newsport.az-a verilən məlumata görə, dünən turnirə yollanan yığmanın heyətində böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında Rahim Həsənov (45 kq), Fəraim Mustafayev (48 kq), Rəhman Kərimov (51 kq), Məhəmməd Şükürzadə (55 kq), Fərid Xəlilov (60 kq), İsmayıl Rzayev (65 kq), Ruslan Nurullayev (71 kq), Cocu Səmədov (80 kq) və Əli Quliyev (92 kq) yer alıb.

Bu gün bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək və güləşçilərin ilk rəqibləri müəyyənləşəcək.

Qeyd edək ki, yığma ötən ay Bolqarıstanın Samokov şəhərində komanda hesabında Avropa çempionu olub.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah