İdman jurnalistləri voleybol yarışında

22 iyul - Milli Mətbuat günü münasibətilə idman jurnalistləri arasında voleybol üzrə "Qarabağ Azərbaycandır!" turniri keçiriləcək.

Newsport.az-ın məlumatına görə, Azərbaycan İdman Jurnalistləri Federasiyasının təşkil etdiyi yarış iyulun 18-də "Lokomotiv" İdman Sağlamlıq Mərkəzinin Biləcəri İdman Kompleksində gerçəkləşəcək.

Mübarizəyə 11 iyun - 26 iyunda "Qarabağ Azərbaycandır!" mini-futbol turnirində iştirak etmiş komandalardan 4-ü - "Qubadlı", "Füzuli", "Cəbrayıl" və "Şuşa" qatılacaq. Yarışın keçirilməsinə "Azərreyl" voleybol klubu və Azərbaycan Voleybol Federasiyası (AVF) dəstək olacaq. Sponsorlar isə "G-Shock Casio" və milli geyim brendi "Il Azero"dur.

Püşkatma mərasimi saat 10:30-da, oyunlar saat 11:00-da başlanacaq. Qarşılaşmaları AVF hakimləri idarə edəcək.

Qalib komanda üzvlərinə fəxri fərmanlar, "Il Azero"dan hədiyyələr, eləcə də "Zəfər Kuboku" təqdim olunacaq. Bundan başqa, fərqlənənlərdən 3-ü "G-Shock Casio" tərəfindən qol saatı hədiyyə alacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right