Azərbaycan millisinin üzvü Macarıstan klubunda

Voleybol üzrə Azərbaycan milli komandasının üzvü Ayşən Abduləzimova yenidən Macarıstanda çıxış edəcək.

Newsport.az-ın məlumatına görə, voleybolçumuz keçmiş komandası “Vaşaş”a qayıdıb.

Bu barədə Macarıstan klubunun rəsmi saytı məlumat yayıb.

Ayşən 2018-2020-ci illər aralığında məhz Budapeşt təmsilçisinin uğurları üçün çalışıb. Mərkəz oyunçusu bu komandada keçirdiyi iki mövsüm ərzində həm ölkə çempionu olub, həm də Macarıstan kubokunu qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right