Tokio-2020: Üç taekvondoçumuz lisenziya mübarizəsinə başlayır

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada Tokio-2020 Yay Olimpiya Oyunlarna lisenziya xarakteli taekvondo üzrə Avropa Təsnifat Turnirinə start veriləcək.

Newsport.az məlumatına görə, ilk yarış günündə Azərbaycanın iki təmsilçisi dayanq üzərinə çıxacaq.

Həm 49 kq çəki dərəcəsində yer alan Patimat Abakarovanın, həm də 67 kq çəkidəki Fəridə Əzizovanın ilk rəqibləri rumıniyalılar olacaq.

Abakarova Liana Mustyata, Əzizova isə Andrea Mokanu ilə qarşılaşacaq.

Kişi taekvondoçu Radik İsayev (+80 kq) lisenziya uğrunda mübarizəyə mayın 8-də qatılacaq.

Qeyd edək ki, daha əvvəl Milad Beigi Hərçəqani (80 kq) olimpiadaya vəsiqəni təmin edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right