Azərbaycan gimnastları Avropa çempionatının finalında

Azərbaycan gimnastları Hüseyn Abbasov və Maqsud Maqsudov Rusiyanın Soçi şəhərində keçirilən batut gimnastikası, tamblinq və ikili minibatut üzrə Avropa çempionatının finalına yüksəliblər.

Newsport.az-ın məlumatına görə, gimnastlarımız yarışların üçüncü günündə gənclər arasında batut üzərində sinxron hərəkətlərdə çıxış ediblər.

Onlar 87,62 xal toplayaraq təsnifat mərhələsində birinci yer tutublar.

23 ölkədən idmançıların iştirak etdiyi Avropa çempionatına mayın 2-də yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right