Məmmədyarov finala yüksələ bilmədi

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində yarımfinala yekun vurulub.

Newsport.az-ın məlumatına görə, bu mərhələnin cavab görüşündə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. İlk görüşdə uduzan qrossmeysterimiz ikinci qarşılaşmada 3:0 hesablı qələbə qazanıb. Buna görə də qalib tay-brekdə müəyyənləşib. Burada 1:2 hesabı ilə uduzan Məmmədyarov finala çıxmaq şansını əldən verib.

Digər finalçı isə Ermənistan təmsilçisi Levon Aronyana qalib gələn Maqnus Karlsen olub.

Məmmədyarov Aronyanla 3-cü yer uğrunda qarşılaşacaq.

Yarımfinal, cavab görüşləri

Hikaru Nakamura (ABŞ) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0:3 (Tay-brekdə - 2:1)
İlk görüş - 3:1

Levon Aronyan (Ermənistan) - Maqnus Karlsen (Norveç) - 1:3
İlk görüş - 2:2





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right