Toğrul Əsgərov: “İstərdim ki, olimpiadada medallarımızın sayı-hesabı olmasın”

“Artıq Olimpiya Oyunlarında iştirak üçün Rioya yola düşürük. Bizi yola salmaq üçün hava limanına gələn hər kəsə minnətdaram. Bizə göstərilən böyük diqqət və qayğı məsuliyyətimizi daha da artırır”. 

Newsport.az-ın məlumatına görə, bu sözləri güləşçimiz, son olimpiya oyunlarının qalibi Toğrul Əsgərov deyib. 

2012-ci ildə Londonda Olimpiya çempionu olan, ötən il Bakıda həm dünya çempionatının, həm də I Avropa Oyunlarının qalibi adını qazanan 23 yaşlı idmançı Rioda da uğurlu nəticə göstərməyə çalışacağını qeyd edib: 

“Çalışacağam ki, Rioda 4 il öncəki nəticəmi təkrarlayım. Məqsədim yenidən Olimpiya çempionu olmaqdır. Bütün idmançılarımıza uğurlar arzulayıram. İstərdim ki, olimpiadada medallarımızın sayı-hesabı olmasın. Güləşçilərimizin hamısı titullu idmaçılardır. Komanda yoldaşlarımın hamısından uğurlu nəticə gözləyirəm”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right