Olimpiada öncəsi güləşçilərin yeni reytinq siyahısı açıqlandı

Dünya Güləş Birliyi Rio Olimpiadası öncəsi güləşçilərin yeni reytinq siyahısını açıqlayıb.

Newsport.az-ın məlumatına görə, sərbəst güləşçilərdən Hacı Əliyev, qadınlardan Mariya Stadnik, yunan-Roma güləşçilərindən isə Rəsul Çunayev reytinq siyahısında birinciliyini qoruyub.

İlk onluqda yer alan sərbəst güləşçilərdən Xetaq Qazyumov 3-cü, Toğrul Əsgərov, Aleksandr Qostiyev və Cəmaləddin Məhəmmədov 5-ci, Cəbrayıl Həsənov, Nurməhəmməd Hacıyev və Hacımurad Ömərov 8-ci sırada qərarlaşıb.

Qadın güləşçilərin onluğunda Tatyana Omelçenko 6-cı, Nataliya Sinişin 8-ci, Yuliya Ratkeviç 9-cu yerdədir.

Yunan-Roma güləşçilərinin reytinq siyahısında isə onluğa daxil olanlardan Rövşən Bayramov 2-ci, Rafiq Hüseynov 4-cü və Saman Təhmasibi 5-ci sırada qərarlaşıb.

Məlumat üçün bildirək ki, Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları 14-21 avqust tarixlərində baş tutacaq. Güləş yığmamız Olimpiadada 14 (sərbəst 6, yunan-Roma 5, qadın 3) idmançı ilə təmsil olunacaq.

Sərbəst güləş

57 kq

12. Mircəlal Həsənzadə - Almaniya Qran Pri turniri 2-ci yer (15)

61 kq
1. Hacı Əliyev - Almaniya Qran Pri turniri 1-ci yer (1)

65 kq
5. Toğrul Əsgərov - Qızıl Qran Pri 2-ci yer (7)
18. Məhəmməd Müslümov - Əli Əliyev turniri 1-ci yer (nr)
19. Teymur Məmmədov - Əli Əliyev turniri 2-ci yer (nr)

70 kq
8. Hacımurad Ömərov - U-23 Avropa çempionatı 2-ci yer (7)

74 kq
8. Cəbrayıl Həsənov - Avropa çempionatı 2-ci yer (8)

86 kq
5. Aleksandr Qostiyev - Avropa çempionatı 2-ci yer (5)
8. Nurməhəmməd Hacıyev - U-23 Avropa çempionatı 1-ci yer (13)
15. Şərif Şərifov - Almaniya Qran Pri turniri 2-ci yer (nr)

97 kq
3. Xetaq Qazyumov - Almaniya Qran Pri turniri 1-ci yer (6)

125 kq
5. Cəmaləddin Məhəmmədov - Qızıl Qran Pri 2-ci yer (8)

Qadın güləşi

48 kq
1. Mariya Stadnik - Avropa çempionatı 1-ci yer (1)

53 kq
14. Anjela Doroqan - Polan Open turniri 3-cü yer (13)

55 kq
16. Alyona Kolesnik - U-23 AÇ 2-ci yer (16)

58 kq
8. Nataliya Sinişin - Avropa çempionatı 1-ci yer (8)
9. Yuliya Ratkeviç - Avropa çempionatı 3-cü yer (9)

60 kq
3. Tatyana Omelçenko - U-23 AÇ 1-ci yer (3)
19. İrina Netreba - Polşa turniri 3-cü yer (18)

Yunan-Roma güləşi

59 kq
2. Rövşən Bayramov - Dünya çempionatı 2-ci yer (2)

66 kq
12. Həsən Əliyev - Avropa çempionatı 3-cü yer (71 kq) (11)

71 kq
1. Rəsul Çunayev - Dünya çempionatı 1-ci yer (1)

75 kq
13. Elvin Mürsəliyev - Avropa çempionatı 5-ci yer (12)

80 kq
4. Rafiq Hüseynov - Almaniya Qran Pri turniri 1-ci yer (75 kq) (4)

85 kq
5. Saman Təhmasibi - Dünya çempionatı 3-cü yer (5)
10. İslam Abbasov - Dünya Kuboku 1-ci yer (10)

98 kq
15. Orxan Nuriyev - Avropa çempionatı 5-ci yer (nr)

130 kq
15. Sabah Şəriəti - Rumıniya turniri 1-ci yer (13)

 

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right