Qol.az 12 yaşında!

Bu gün Qol.az saytının fəaliyyətə başlamasından 12 il ötür.
 
2008-ci il noyabrın 17-də Qol.az idman-xəbər saytı olaraq oxucularla görüşə gəlib və qısa bir zamanda Azərbaycanın idman mətbuatında böyük populyarlıq qazanıb.
Özünəməxsus üslubu, operativliyi və dəqiqliyi ilə ötən müddət ərzində Azərbaycanın ən çox oxunan idman saytlarından birinə çevrilib.
 
Azərbaycan və dünya futboluna aid xəbərlərlə daim yenilənən mətbuat orqanı digər idman növlərinə də yer verir. Gündəlik xəbərlərlə yanaşı müxtəlif layihələr, araşdırma və müəllif yazıları ilə seçilən sayt oxucularını daim məmnun edir. "5 Media” şirkətinin media layihələrindən biri olan sözügedən portal Azərbaycan Mətbuat Şurasının üzvüdür.
 

Newsport.az Qol.az-ın kollektivini 12 yaş münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayır!

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right