Millinin oyunundan öncə Respublika stadionunda maraqlı olay – evlilik təklifi! FOTO

Azərbaycan və Malta milli komandaları arasında dünən keçirilən “Avro-2016”nın rəsmi oyunundan əvvəl Tofiq Bəhramov adına Respublika stadionunda maraqlı hadisə baş verib. 

Newsport.az -ın xəbərinə görə, bu haqda “Qalatasaray”lı azarkeşlərin “ultrAslan” Azərbaycan Azad Azarkeş Qrupunun Facebook səhifəsində məlumat verilib. Bildirilib ki, Fərid adlı bir azarkeş tribunada sevdiyi qıza evlilik təklifi edib. Daha sonra o, sevdiyin qızın barmağına nişan üzüyü taxıb. Gənclərin bu addımı azarkeşlərin alqışları ilə qarşılanıb. 

“Bizim də bu işdə azacıq əməyimiz olduğu üçün sevinirik. “Qalatasaray”lı dostlarımıza uzun ömür, ailə səadəti arzulayırıq” – deyə azarkeş qrupunun yaydığı məlumatda bildirilib. 






Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right