"Qəbələ" Türkiyədə iki oyun keçirəcək

“Qəbələ” 2022/23 mövsümünün hazırlığına sabah start verəcək.

 

Newsport.az xəbər verir ki “qırmızı-qaralar” Qəbələdə bir araya gələcək. İyunun 30-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində bir yoxlama oyununun keçirilməsi planlaşdırılır.

 

Baş məşqçi Elmar Baxşıyevin yetirmələri iyulun 3-də Türkiyəyə yollanacaq. “Qırmızı-qaralar” Boludakı “Termal” otelində məskunlaşacaq.

 

Ayın 13-dək davam edəcək hazırlıq çərçivəsində 2 yoxlama matçı baş tutacaq. “Qəbələ” iyulun 5-də Türkiyənin “Qaziantep”, 12-də Rumıniyanın “Çiksereda” klubu ilə qarşılaşacaq.

 

Komandanın yeni mövsümə hazırlıq prosesinin növbəti bölümü Konfrans Liqasının II təsnifat mərhələsinin sabah təşkil olunacaq püşkatmasına əsasən müəyyənləşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right