"Çoxları bizə inanmadı" "Qəbələ"nin futbolçusu

"Qəbələ"nin futbolçusu Ruan Renato Konfrans Liqasına vəsiqə qazanmalarını şərh edib.

Newsport.az xəbər verir ki, braziliyalı oyunçu özünün "İnstaqram" hesabındakı paylaşımında yazıb: "Bu mövsüm yaşadığımız unudulmaz an. Bunun bir parçası olduğum üçün çox şadam. Əvvəldən çoxları bizə inanmadı. Buna görə də ilk oyundan bu ana qədər mübarizə apardıq. Həm qələbələrdə, həm də məğlubiyyətlərdə bir yerdə olduq! Bu, mövsüm ərzində yaranmış bir ailənin qələbəsidir. Bütün çətinliklərə qalib gəldik və məqsədimizə çatdıq! 

Mən hər kəsi təbrik etmək istəyirəm, təkcə meydançada olanları deyil, zədələnənləri, ehtiyat oyunçular skamyasında olan, lakin heç vaxt bizə dəstəyini dayandırmayanları, masajçıları, sürücüləri, həkimləri, aşpazları, texniki komitəmizi, idarə heyətimizi. Məğlub olduğumuz zaman da bizi qucaqlayıb, bunun mümkün olduğuna inanan azarkeşlərimiz, hamımız bu nailiyyətə layiqik! Ümid edirəm ki, gələn şənbə günü stadionumuz dolu olacaq və biz mövsümün son oyununda bu nailiyyəti birlikdə qeyd edə biləcəyik!".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right