Bu gün Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, turun bütün matçları eyni gündə oynanılıb. "Şamaxı" doğma meydanda "Qəbələ"ni qəbul edib. Matç "Qəbələ"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. "Sabah" isə evdə "Sumqayıt"la heç-heçə edib - 2:2.
"Neftçi" səfərdə "Zirə"yə uduzub - 0:1. "Qarabağ" isə "Səbail"in qonağı olub və 3:0 hesabı ilə qalib gəlib.
"Zirə" və "Qəbələ" bu günkü matçlardan sonra Konfrans Liqasına vəsiqəni təmin ediblər.
Qeyd edək ki, "Qarabağ" 25-ci turda çempionluğu rəsmiləşdirib. "Neftçi" isə 2-ci pilləni rəsmiləşdirib.
15 may (bazar)
17:00. “Səbail” – “Qarabağ” - 0:3
Qol: Rauf Hüseynli, 70, Musa Qurbanlı, 87, Ramil Şeydayev, 90+1
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Rəhman İmami, Rəvan Həmzəzadə
“ASCO Arena”
17:00. “Sabah” – “Sumqayıt” - 2:2
Qol: Vurğun Hüseynov, 56 (0:1), Rəhim Sadıxov, 83 (0:2), Kristiran Sebalyos, 90+5 (1:2), Aleksey Kaşuk 90+6 (2:2)
Qırmızı vərəqə: Amin Seydiyev, 53-birbaşa qırmızı vərəqə ("Sabah")
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
“Bank Respublika Arena”
17:00. “Şamaxı” – “Qəbələ” - 0:1
Qol: Emil Səfərov, 25
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
Şamaxı şəhər stadionu
17:00. “Zirə” – “Neftçi” - 1:0
Qol: Ramin Əhmədov, 81
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, İnqilab Məmmədov
Zirə İdman Kompleksinin stadionu
Bombardirlər:
Filip Ozobiç ("Qarabağ") - 11 qol
Vadji İbrahima ("Qarabağ") - 11 qol
Kadi Borqes ("Qarabağ") - 11 qol
Coy-Lens Mikels ("Sabah") - 11 qol
Davit Volkov ("Zirə") - 11 qol
Tiaqo Bezerra ("Neftçi") - 10 qol