“Sabah” qalib gəldi, “Zirə” “Qarabağ”la “sülh bağladı” Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 26-cı tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 2 matç keçirilib. İlk olaraq “Səbail” “Sabah”ı qəbul edib. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra "Sabah" xallarını 39-a çatdırıb və "Qəbələ"ni arxada qoyaraq 4-cü pilləyə yüksəlib.

Ötən tur çempionluğu rəsmiləşdirən “Qarabağ” isə doğma meydanda “Zirə” ilə üz-üzə gəlib.  "Zirə" qalib gəlsə, ən azı 4-cü pilləni təmin edərək Konfrans Liqasına vəsiqəni rəsmiləşdirə bilərdi. Ancaq oyunda qol vurulmayıb.

Bu nəticələrdən sonra "Neftçi"nin mövsümü 2-ci pillədə başa vuracağı dəqiqləşib. Çünki "ağ-qaralar" sona 2 tur qalmış ən yaxın izləyicisi olan "Zirə"ni 7 xal qabaqlayır.

8 may (bazar)

20:15. “Qarabağ” – “Zirə” - 0:0 
Hakimlər:
 Kamal Umudlu, Rəhman İmami, Kamran Bayramov, Tural Qurbanov
“Azersun Arena”

18:00. “Səbail” – “Sabah” - 0:2

Qollar: Boyan Letiç, 15, Lukas Rangel, 36

Reallaşdırılmayan penalti - Aleksey İsayev, 2 ("Sabah")
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
“ASCO Arena”

9 may (bazar ertəsi)

17:30. “Sumqayıt” – “Şamaxı”
Hakimlər: 
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli
“Kapital Bank Arena”

19:45. Qəbələ” – “Neftçi”
Hakimlər:
 Fərid Hacıyev, Müslüm Əliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Qəbələ şəhər stadionu.

N Klublar O Q H M T-F X
1 Qarabağ 25 18 6 1 60-12 60
2 Neftçi 25 15 5 5 41-25 50
3 Zirə 26 12 7 7 32-27 43
4 Sabah 26 12 3 11 39-31 39
5 Qəbələ 25 10 8 7 35-33 38
6 Şamaxı 25 5 6 14 25-46 21
7 Sumqayıt 24 3 6 15 13-39 15
8 Səbail 26 4 3 19 17-49 15

 

Bombardirlər:

Coy-Lens Mikels ("Sabah") - 11 qol
Davit Volkov ("Zirə") - 11 qol
Vadji İbrahima ("Qarabağ") - 10 qol
Filip Ozobiç ("Qarabağ") - 10 qol
Tiaqo Bezerra ("Neftçi") - 10 qol

Kadi Borqes ("Qarabağ") - 9 qol

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right