“Qarabağ” səviyyəmizə yaxın komandadır”

"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Kipr "Omoniya"sının baş məşqçisi Henninq Berq mətbuata açıqlama verib. Newsport.az xəbər verir ki, norveçli mütəxəssis qrupdakı rəqibləri dəyərləndirib:
 
"Bizdən asılı olan hər şeyi etmək istəyirik. Qrupumuzda məğlubedilməz komanda yoxdur. Eyni zamanda, hər birinə uduzmaq da mümkündür. "Bazel" yüksək səviyyəli komandadır. "Qarabağ" səviyyəmizə yaxın kollektivdir. "Kayrat"ın hansı vəziyyətdə olduğuna isə baxmaq lazımdır".
 
Qeyd edək ki, "Omoniya" sentyabrın 16-da "Kayrat"ın qonağı olacaq. Ağdam təmsilçisi isə Bakıda İsveçrə "Bazel"i ilə qarşılaşacaq. Nikosiya klubu sentyabrın 30-da isə "köhlən atlar"ı qəbul edəcək.




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah